Əsas Səhifə > Hadisə > Ermənilər hərbçilərin Suriyaya göndərilməsinə etiraz edir
Ermənilər hərbçilərin Suriyaya göndərilməsinə etiraz edir3-10-2018, 21:45 |
|
Yerevanda növbəti etiraz aksiyası keçirilib. Oxu.Az “Novosti Armenia” agentliyinə istinadən xəbər verir ki, aksiya iştirakçıları Ermənistanın Suriyada humanitar missiyasında iştirakına etiraz ediblər. Onlar hesab edirlər ki, Ermənistanın bu missiyada iştirakı Rusiya və şəxsən Vladimir Putin tərəfindən edilən təzyiqlərin nəticəsidir. Qeyd edək ki, Ermənistan Suriyada humanitar missiyasına həkimləri və minaaxtaranları göndərəcək. Onlar əsasən Suriyanın ermənilər kompakt yaşadığı rayonlarında fəaliyyət göstərəcək. Rubrika.Az Geri qayıt |