Əsas Səhifə > Hadisə > DİN bir ailənin 4 üzvünün öldüyü qəza ilə bağlı məlumat yayıb
DİN bir ailənin 4 üzvünün öldüyü qəza ilə bağlı məlumat yayıb4-10-2018, 12:37 |
|
Daxili İşlər Nazirliyi (DİN) bir ailənin 4 üzvünün öldüyü qəza ilə bağlı məlumat yayıb. DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 3-də saat 21 radələrində Bərdə rayonunun Mehdili kəndi ərazisində Goranboy rayon sakinləri Azər Vəliyevin idarə etdiyi “VAZ-21011” və Raqib Nuriyevin idarə etdiyi “Hovo” markalı avtomobillər toqquşub. Nəticədə A.Vəliyev və sərnişinləri - arvadı Rəna Rəcəbəliyeva, oğlu Rəvan və qayınanası Zeynəb Rəcəbəliyeva hadisə yerində ölüblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. Rubrika.Az Geri qayıt |