Əsas Səhifə > Hadisə > Eldar Əzizov Qüdrət Şükürovun vəzifəsini ona tapşırdı
Eldar Əzizov Qüdrət Şükürovun vəzifəsini ona tapşırdı5-10-2018, 10:06 |
|
Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov Bakı Lift-Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovu tutduğu vəzifəsindən azad edib. Rubrika.Az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, Eldar Əzizov Qüdrət Şükürovun vəzifəsini müvəqqəti olaraq Xalid Ələkbərova həvalə edib. Sözügedən xəbəri Bakı Şəhər İcra Hakimiyyətindən təsdiqləyiblər. Qeyd edək ki, Xalid Ələkbərov Şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiridir. Rubrika.Az Geri qayıt |