Əsas Səhifə > Hadisə > Azərbaycan millisi Ermənistanla heç-heçə etdi - YENİLƏNİB
Azərbaycan millisi Ermənistanla heç-heçə etdi - YENİLƏNİB4-10-2018, 20:16 |
|
Gürcüstanda keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın qadınlardan ibarət şahmat millisi Ermənistan kollektivi ilə heç-heçə oynayıb. Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, hesab 2:2 olub. Kişilərdə üç heç-heçədir. Bir oyun davam edir. 12.34 Gürcüstanda keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadası sona çatmaq üzrədir. Oxu.Az xəbər verir ki, bu gün X tur keçiriləcək. Ardıcıl üç görüşdə qələbə qazana bilməyən, son iki qarşılaşmada məğlub olan kişi millimiz bu gün dünya reytinqində VI sırada olan Ukrayna ilə qarşılaşacaq. Hər iki komandanın 13 xalı var. Sadəcə olaraq, Azərbaycan turnir cədvəlində əlavə göstəricilərə görə X, Ukrayna isə XVI pillədə qərarlaşıb. Şəhriyar Məmmədyarov (ağ) – Vasili İvançuk Teymur Rəcəbov (qara) – Pavel Elyanov Arkadi Naydiç (ağ) – Yuri Krivoruçko Rauf Məmmədov (qara) – Ruslan Ponomaryov Maraq üçün bildirək ki, ilk sırada hələ də məğlubiyyət acısı dadmayan Polşa millisi qərarlaşıb. Polyakların 16 xalı var. Dünya reytinqinin lideri ABŞ və Çin isə 15 xalla müvafiq olaraq II və III sıradadır. Qadın millimiz isə bu gün prinsipial rəqibimiz olan Ermənistan yığması ilə qarşılaşacaq. Millimiz 14 xalla VI pillədə qərarlaşıb. Ermənilər isə 15 xalla III sıradadır. İlk sırada 16 xalla Çin, II pillədə 15 xalla Ukraynadır. Günay Məmmədzadə (ağ) – Elina Danielyan Zeynəb Məmmədyarova (qara) – Lilit Mkrtçyan Xanım Balacayeva (ağ) – Anna Sarqsyan Gülnar Məmmədova (qara) – Mariya Kursov Qeyd edək ki, bütün görüşlər saat 15:00-da başlayacaq. Rubrika.Az Geri qayıt |