Əsas Səhifə > Hadisə > Rusiyada axtarışda olan şəxs Azərbaycanda saxlanıldı

Rusiyada axtarışda olan şəxs Azərbaycanda saxlanıldı


5-10-2018, 16:58
Rusiyada axtarışda olan şəxs Azərbaycanda saxlanıldı

Rusiyada axtarışda olan şəxs Azərbaycanda saxlanılıb.

Rubrika.Az bildirir ki, bu barədə virtualaz.org-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, DİN Baş Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci (ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olan 1985-ci il təvəllüdlü Muxtar Nəcəfov saxlanılıb.

Rubrika.Az
Geri qayıt