Əsas Səhifə > Hadisə > Otellərdə yer tapılmır -Bölgələrdə ekonom otellərin tikintisinə ehtiyac var - VİDEO

Otellərdə yer tapılmır -Bölgələrdə ekonom otellərin tikintisinə ehtiyac var - VİDEO


5-10-2018, 23:22
Otellərdə yer tapılmır -Bölgələrdə ekonom otellərin tikintisinə ehtiyac var - VİDEO

Yeni ilə üç, 14 fevral tarixinə isə 5 aya yaxın vaxt qalmasına baxmayaraq, indidən otellərdə yer tapılmır.

Xezerxeber.az-ın məlumatına görə, turizm platformalarında axtarış etdikdə Azərbaycanın əksər bölgələrindəki otellərdə yerlərin qurtardığı yazılır. Baxmayaraq ki, əlamətdar günlərə hələ bir neçə ay vaxt var. Hazırda otellərdə yerlərin çoxu bron edilib.

Turizm üzrə mütəxəssislər bildirir ki, otellərdəki yerlərin böyük bir hissəsi yerli turizm şirkətləri tərəfindən alınır. Yerdə qalan otaqlar isə erkən rezervasiya ilə sifariş edilir.

Turizm üzrə mütəxəssis Rəhman Quliyevin sözlərinə görə, hər il əlamətdar günlərdə otellərdə yer problemi yaşanır. Odur ki, hər il ölkəyə gələn turist sayı artdığından tələbatın daha çox olduğu bölgələrdə yeni otellərə ehtiyac var.

Bundan əlavə, bölgələrdəki otellər konsert və xüsusi proqramlara da üstünlük verirlər ki, bu da müştəri cəlb etmək üçün əsas vasitələrdən biri hesab olunur.

Rəhman Quliyev onu da bildirib ki, otellərin əksəriyyəti adi vaxtlarda düşdükləri ziyanı bağlamaq üçün əlamətdar günlərdə qiymətləri qaldırırlar.



Rubrika.Az
Geri qayıt