Əsas Səhifə > Hadisə > Göygöldə fəhlələri daşıyan avtomobilin aşması nəticəsində ölən və yaralananların adları məlum olub

Göygöldə fəhlələri daşıyan avtomobilin aşması nəticəsində ölən və yaralananların adları məlum olub


6-10-2018, 13:00
Göygöldə fəhlələri daşıyan avtomobilin aşması nəticəsində ölən və yaralananların adları məlum olub

Göygöldə fəhlələri daşıyan yük avtomobilinin qəzaya uğraması nəticəsində ölənlərin və yaralananların kimlikləri məlum olub.

Rubrika.az-ın "Report"a istinadən məlumatına görə, Göygöl şəhər Təmizlik İdarəsinə məxsus yük maşınının idarəetmədən çıxaraq aşması nəticəsində, Göygöl şəhər sakini, 1966-cı il təvəllüdlü Elman Saleh oğlu İmanov və Göygöl rayon Toğana kənd sakini, 1967-ci il təvəllüdlü Niyazi Mircəfər oğlu Verdiyev ölüb.

Onların meyitləri aşan avtomobilin altından çıxarılaraq morqa aparılıb.

Hadisə zamanı Göygöl rayon sakinləri, 1980-ci il təvəllüdlü Habil Telman oğlu İmanov və 1978-ci il təvəllüdlü Vaqif Renger oğlu Nəcəfov yaralanıblar.Qəzaya uğrayan yük maşının sürücüsü isə xəsarət almayıb.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Rubrika.Az
Geri qayıt