Əsas Səhifə > Hadisə > FHN-dən Göygöldəki dəhşətli qəza ilə bağlı - Açıqlama

FHN-dən Göygöldəki dəhşətli qəza ilə bağlı - Açıqlama


6-10-2018, 15:13
FHN-dən Göygöldəki dəhşətli qəza ilə bağlı - Açıqlama

Fövqəladə Hallar Nazirliyi Göygöldə baş verən qəza ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Göygöl rayonunda “Shacman” markalı yük avtomobili 2 nəfərin üzərinə aşıb.

Hadisə yerinə cəlb olunmuş Gəncə Reqional Mərkəzinin müvafiq xilasetmə qüvvələri yük avtomobilinin altında sıxılmış vəziyyətdə qalmış 1967-ci il təvəllüdlü Verdiyev Niyazi Mircəfər oğlunun və 1966-cı il təvəllüdlü İmanov Elman Saleh oğlunun meyitlərini nəqliyyat vasitəsinin altından çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Rubrika.Az
Geri qayıt