Əsas Səhifə > Hadisə > Gəncədə 20 gün əvvəl itkin düşən 52 yaşlı qadın Bakıda tapıldı
Gəncədə 20 gün əvvəl itkin düşən 52 yaşlı qadın Bakıda tapıldı6-10-2018, 17:34 |
|
Gəncədə itkin düşən qadın tapılıb. Rubrika.Az Trend-ə istinadən bildirir ki, sentyabrin 15-də itkin düşən Gəncə şəhəri, 3-cü mikrorayon, bina 27, mənzil 18-də yaşayan, 1966-cı il təvəllüdlü Novruzova Məlahət Novruz qızı polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları M.Novruzovanı Bakıda tapıblar. Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırmalar aparılır. Qeyd edək ki, Gəncə şəhəri, 3-cü mikrorayonda yaşayan Vidadi İsayev şikayət ərizəsi ilə polisə müraciət edərək, sentyabrın 15-də həyat yoldaşı, 1966-cı il təvəllüdlü Məlahət Novruzovanın evdən çıxaraq bir daha geri qayıtmadığını bildirib. Rubrika.Az Geri qayıt |