Əsas Səhifə > Hadisə > Bakı metrosunda vahimə: iki qatar üz-üzə gəldi - YENİLƏNİB + VİDEO
Bakı metrosunda vahimə: iki qatar üz-üzə gəldi - YENİLƏNİB + VİDEO6-10-2018, 18:10 |
![]() “Bakı Metropoliteni”nin mətbuat xidməti Qara Qarayev stansiyasında qatarların üz-üzə gəlməsini şərh edib. Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə ötən gün saat 13:15-də radələrində baş verib: “Qatarların birində tunelə daxil olan zaman texniki nasazlıq yaranıb. Sərnişinlər stansiyada düşürülüb. Digər qatara icazə verilib ki, stansiyaya daxil olaraq maşinistə kömək etsin. Nasazlıq aradan qaldırılıb. Qatarların intervalında əlavə 7-8 dəqiqə gecikmə yaranıb”. Qurum rəsmisi qeyd edib ki, nasazlıq yaranan qatar texniki qaydalara uyğun olaraq depoya göndərilib. *** Bakı metrosunda qorxulu anlar yaşanıb. Rubrika.Az Goldnews.Az-a istinaden xəbər verir ki, metronun Qara Qarayev stansiyasında iki qatar üz-üzə gəlib. "Dərnəgül" istiqamətində gedən qatarın qarşısına əks tərəfə istiqamət edən qatar çıxıb. Xoşbəxtlikdən toqquşma baş verməyib. Dünən metroda baş verən izdihamın səbəbi də bu hadisə olduğu iddia olunur. Həmin görüntüləri təqdim edirik: Rubrika.Az Geri qayıt |