Əsas Səhifə > Hadisə > Son iki gündə yol qəzalarında 7 nəfər ölüb, 11 nəfər xəsarət alıb

Son iki gündə yol qəzalarında 7 nəfər ölüb, 11 nəfər xəsarət alıb


8-10-2018, 10:50
Son iki gündə yol qəzalarında 7 nəfər ölüb, 11 nəfər xəsarət alıb

Son iki gündə daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 6-dan 8-dək ölkədə 192 cinayət faktı qeydə alınıb, onların da 35-i “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 13 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 11 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

Rubrika.Az
Geri qayıt