Əsas Səhifə > Hadisə > Lənkərandan Bakıya gələn mikroavtobus aşıb, 6 nəfər xəsarət alıb
Lənkərandan Bakıya gələn mikroavtobus aşıb, 6 nəfər xəsarət alıb8-10-2018, 12:15 |
|
Lənkəran rayonundan Bakıya gələn mikroavtobus paytaxtın Qaradağ rayonunda aşıb. Rubrika.Az “Report”a istinadla xəbər verir ki, hadisə zamanı 2-si qadın olmaqla 6 nəfər xəsarət alıb. Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov “Report”a açıqlamasında deyib ki, təcili tibbi yardım maşınları hadisə yerindən 6 yaralını xəstəxanaya aparır. O qeyd edib ki, yaralılardan 4-ü kişidir: “Kişilərdən biri Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına, digər 5 nəfər isə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilir”. Rubrika.Az Geri qayıt |