Əsas Səhifə > Hadisə > Dövlət Statistika Komitəsi: Sosial şəbəkələrdə yayılan rəqəmlər işsizlərin sayını düzgün göstərmir - SİYAHI
Dövlət Statistika Komitəsi: Sosial şəbəkələrdə yayılan rəqəmlər işsizlərin sayını düzgün göstərmir - SİYAHI8-10-2018, 12:36 |
![]() "Sosial şəbəkələrdə yayılan rəqəmlər Azərbaycandakı işsizlərin sayını göstərmir, orada işsizlikdən sığorta ödənişi alanların sayı əks olunub". Bunu "Report"a açıqlamasında Dövlət Statistika Komitəsinin (DSK) Əmək statistikası şöbəsinin müdiri Nemət Xuduzadə deyib. O bildirib ki, işsizlikdən sığorta ödənişini işsiz statusu alan şəxslər ala bilərlər: "Qeyd olunan məlumatları Komitə rəsmi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən alır. Rəsmi məlumatlara görə, sentyabr ayının 1-i vəziyyətinə ölkədə 35 440 nəfər işsiz statusu alan şəxs var". Şöbə müdiri sosial şəbəkələrdə yayılan siyahıdakı rayonlar üzrə işsiz statusu və işsizlikdən sığorta ödənişi alan şəxslərin siyahsını da açıqlayıb. Siyahını təqdim edirik: Azərbaycanda olan rəsmi işsiz statusu alanların sayı Tovuz rayonu üzrə 230 Goranboy rayonu üzrə 174 Ağstafa rayonu üzrə 151 Daşkəsən rayonu üzrə 3 Balakən rayonu üzrə 181 Qəbələ rayonu üzrə 127 Astara rayonu üzrə 92 Qusar rayonu üzrə 95 Beyləqan rayonu üzrə 170 Ağcabədi rayonu üzrə 313 İşsizlikdən sığorta ödənişi alanların sayı Tovuz rayonu üzrə 6 Goranboy rayonu üzrə 4 Ağstafa rayonu üzrə 3 Daşkəsən rayonu üzrə 0 Balakən rayonu üzrə 3 Qəbələ rayonu üzrə 3 Astara rayonu üzrə 1 Qusar rayonu üzrə 1 Beyləqan rayonu üzrə 1 Ağcabədi rayonu üzrə 1 Rubrika.Az Geri qayıt |