Əsas Səhifə > Hadisə > Zaqatalada 63 yaşlı kişi intihar edib - YENİLƏNİB

Zaqatalada 63 yaşlı kişi intihar edib - YENİLƏNİB


8-10-2018, 20:16
Zaqatalada 63 yaşlı kişi intihar edib - YENİLƏNİB

Zaqatala rayonunda intihar edən şəxsin kimliyi müəyənləşib.

Rubrika.Az “Report”un Şəki-Zaqatala bürosu-na istinaden məlumatına görə, bu, Zaqatala şəhər sakini, 1955-ci il təvəllüdlü Murad Təmraz oğlu Mirzəyevdir.

Onun tüfeyli həyat sürdüyü bildirilir.

M.Mirzəyev hazırda yaşayış olmayan ata yurduna gələrək intihar edib.

*** 19:12

Zaqatala rayonunda intihar hadisəsi baş verib.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saatlarında Zaqatala şəhəri H.Əliyev prospektindəki fərdi yaşayış evlərindən birinin həyətyanı sahəsində ağacdan asılmış vəziyyətdə 50-55 yaş civarında kişi meyiti tapılıb.

Meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. Onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə araşdırma aparılır.

Qeyd edək ki, bu gün Bərdə rayonunun Ərəblər kənd sakini, 1996-cı il təvəllüdlü Əhmədova Nailə Şakir qızı və Qax rayonunun Lələpaşa kəndinin sakini, 1962-ci il təvəllüdlü İbrahim Mahmud oğlu Abdurahmanov intihar edib.

Rubrika.Az

Geri qayıt