Əsas Səhifə > Səhiyyə > "Turan” klinikasının həkimi pasiyent tərəfindən döyüldü
"Turan” klinikasının həkimi pasiyent tərəfindən döyüldü9-10-2018, 12:38 |
![]() Hadisə Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 184-də yerləşən "Turan” klinikasında qeydə alınıb. Rubrika.Az Ölkə.az-a istinadən xəbər veririk ki, klinikada həkim işləyən, 1984-cü il təvəllüdlü Jalə Həsənova orada müalicə alan Fazilə Mahmudova tərəfindən döyülüb. Zərərçəkən döyülmə faktı ilə əlaqədar 34-cü Polis Bölməsinə şikayət ərizəsi yazıb. Hazırda məhkəmə-tibbi ekspertizası təyin edilib. Faktla əlaqədar polis bölməsində təhqiqat araşdırmalarına başlanılıb. Rubrika.Az Geri qayıt |