Əsas Səhifə > İdman > AFFA İntizam Komitəsi "Qəbələ"ni cərimələyib
AFFA İntizam Komitəsi "Qəbələ"ni cərimələyib10-10-2018, 10:20 |
![]() AFFA İntizam Komitəsi "Qəbələ" klubunu 800 manat məbləğində cərimələyib. Rubrika.Az "Report"a istinadla xəbər verir ki, buna səbəb komandanın baş məşqçisi Sənan Qurbanovun Azərbaycan Premyer Liqasının VII turunda səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında iştirak etməməsidir. Komitə "Neftçi"nin futbolçusu Slavko Braliçi VII turda "Sabah"ı 2:0 hesabı ilə məğlub etdilkləri oyunda qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırıb, klub isə 200 manat məbləğində cərimə olunub. Rubrika.Az Geri qayıt |