Əsas Səhifə > Hadisə > Binəli Yıldırım: "Yaxın gələcəkdə Özbəkistan və Türkmənistanı da TürkPA sıralarında görmək istəyirik"
Binəli Yıldırım: "Yaxın gələcəkdə Özbəkistan və Türkmənistanı da TürkPA sıralarında görmək istəyirik"9-10-2018, 15:48 |
![]() "Yaxın gələcəkdə Özbəkistan və Türkmənistanı da TürkPA sıralarında görmək istəyirik". Rubrika.Az "Report"a istinadla xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım Avrasiya ölkələri parlament sədrlərinin 3-cü toplantısı çərçivəsində keçirilən görüşdə TürkPA-nın hədəflərindən danışarkən deyib. TürkPA-nın Baş katibi Altınbek Mamayusupovu bu vəzifəyə seçilməsi münasibətilə təbrik edən Binəli Yıldırım əminliklə bildirib ki, yeni baş katib təşkilatın fəaliyyətinin daha səmərəli qurulması üçün böyük səylər göstərəcək. TBMM-in sədri noyabrın 21-22-də Türkiyənin İzmir şəhərində keçirilməsi planlaşdırılan Türkdilli Ölkələrin Parlament Assambleyasının iclasında faydalı müzakirələrin aparılacağına, əhəmiyyətli qərarların qəbul olunacağına inamını ifadə edib. TürkPA-nın mərkəzi qərargahının Bakı şəhərində yerləşdiyini xatırladan Milli Məclisin sədri Oqtay Əsədov təşkilatın səmərəli fəaliyyəti üçün bütün şəraitin yaradıldığını bildirib. Sonra digər ölkələrin parlament rəhbərləri də TürkPA-nın fəaliyyəti ilə bağlı fikir və mülahizələrini bölüşüblər. Rubrika.Az Geri qayıt |