Əsas Səhifə > Hadisə > Zamiq: “Onları yanımda görmək istəmirəm” – VİDEO, FOTOLAR
Zamiq: “Onları yanımda görmək istəmirəm” – VİDEO, FOTOLAR9-10-2018, 20:45 |
![]() Müğənni Zamiq Hüseynov solo konsert verməyə hazırlaşır. Fevralın 10-da Heydər Əliyev adına Sarayın səhnəsinə çıxacaq müğənni bu haqda musavat.com-a açıqlamasında danışıb. O, bildirib ki, konsert səhnə fəaliyyətinin 15 illiyinə həsr olunub və hesabat xarakteri daşıyır: “Demək olar ki, öz repertuarıma müraciət edəcəm. Öz qrupumla köhnə və yeni mahnılarımı təqdim edəcəyəm. Möhtəşəm bir konsert baş tutacaq. Çalışdığım qədər konsertə gələn insanları yaxşı, keyfiyyətli, zövqlü musiqi ilə qarşılayacağıq. 15 illik sənət fəaliyyətimin hesabatı olacaq”. İfaçı dəvət edəcəyi həmkarlarından da bəhs edib: “Elə insanlara dəvətnamə verərəm ki, mənim konsertimdə səhv axtarmasın. Yəni, Zamiq niyə belə geyindi, nə üçün mahnını bu tərzdə oxudu və. s. Belə şeyləri çox görürəm. Konsertə gedirəm, görürəm ki, nə isə danışmağa söz axtarırlar. Səhvləri ört-basdır etsinlər, məni qucaqlasınlar ki, Zamiq bizimdir”. Hüseynov sənətçilər arasında keçirilən sorğuda “Azərbaycanın megastarı” Faiq Ağayevin seçilməsinə də münasibət bildirib: “Çox gözəl seçimdir. Faiq Ağayev bizim dostumuzdur.Deyirlərsə, Faiq Ağayev megastardır. Deməli elədir”. Rubrika.Az Geri qayıt |