Əsas Səhifə > Hadisə > Meksikada qandonduran hadisə— Uşaq arabasında kəsilmiş insan orqanları tapıldı
Meksikada qandonduran hadisə— Uşaq arabasında kəsilmiş insan orqanları tapıldı9-10-2018, 21:25 |
![]() Meksikada son illər narkotik maddə kartelləri küçənin ortasında insanları qətlə yetirirlər. Rubrika.Az “Ölkə.Az”a istinaden xəbər verir ki, uşaq arabasında kəsilmiş insan orqanları aparan bir cütlük polis tərəfindən saxlanılıb. Cütlük 20 qadını öldürdüklərini etiraf edib. Xuan Karlos və arvadı Patrisiya Mexiko Sitidə saxlanılıb. Onların 10 nəfəri öldürdükləri ehtimal edilirdi. Xuan isə prokurora bəzi qadınları zorladığını və bəzilərinin də orqanlarını satdığını etiraf edib. “El Universal” qəzetinin xəbərinə əsasən,cütlük qurbanlarından birinin iki aylıq körpəsini başqa bir ailəyə satıb. Körpəni alan cütlük də saxlanılıb. Xuan Karlos və arvadının 3 uşağı var. Evlərində sement dolu bidonlarda və sellofana bükülmüş vəziyyətdə soyuducuya yığılmış insan qalıqları tapılıb. Rubrika.Az Geri qayıt |