Əsas Səhifə > Müsahibə > Zakir Həsənov Özbəkistana səfərə gedəcək
Zakir Həsənov Özbəkistana səfərə gedəcək10-10-2018, 11:47 |
![]() Özbəkistan paytaxtı Daşkənd şəhərində oktyabrın 12-də Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak etmək üçün oktyabrın 11-də Özbəkistana yola düşəcək. İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunacaq. Rubrika.Az Geri qayıt |