Əsas Səhifə > Hadisə > Bakıda şagird məktəbə gözyaşardıcı qaz buraxdı: 9 nəfər zəhərləndi/Yeni
Bakıda şagird məktəbə gözyaşardıcı qaz buraxdı: 9 nəfər zəhərləndi/Yeni10-10-2018, 14:15 |
![]() Bakıda 76 saylı orta məktəbdə baş vermiş zəhərlənmə ilə bağlı 9 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Rubrika.Az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə şöbənin müdiri Azər Maqsudov bildirib. Onun sözlərinə görə, şöbəyə gətirilən şagirdlər qazdan zəhərləniblər: "Hazırda xəstələrin vəziyyəti o qədər də ağır deyil. Müalicələr davam etdirilir". Xatırladaq ki, bu gün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 saylı tam orta məktəbdə şagirdlər gözyaşardıcı qazdan zəhərləniblər. Saat 10:30 radələrində tənəffüs vaxtı 6-ci sinif şagirdlərindən biri digər sinif yoldaşı ilə birgə məktəbin dəhlizində gözyaşardıcı qaz buraxıb. Nəticədə şagirdlər zəhərləniblər. *** Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 saylı tam orta məktəbdə şagirdlər bibər qazından zəhərləniblər. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov Teleqraf.com-a deyib. O bildirib ki, hadisə ilə əlaqədar məktəbə Təcili Tibbi Yardım Stansiyasının 4 həkim briqadası göndərilib. Təcili Tibbi Yardım avtomobilləri məktəbdən 9 şagirdi götürərək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirib: "Uşaqlar 10-12 yaş arasındadırlar. Onların vəziyyətləri sabitdir". 76 nömrəli tam orta məktəbdən daxil olan məlumatda isə bildirilib ki, oktyabrın 10-da saat 10:30 radələrində tənəffüs vaxtı 6-ci sinif şagirdlərindən biri digər sinif yoldaşı ilə birgə (müvafiq səbəblərə görə şagirdlərin adı qeyd olunmur) məktəbin dəhlizində gözyaşardıcı qaz buraxıb: "Tənəffüs vaxtı olduğu üçün digər şagirdlər də gözyaşardıcı qazdan təsirləniblər. Dərhal uşaqlar təxliyyə olunublar. Şagirdlərə ilkin tibbi yardım göstərilib". Rubrika.Az Geri qayıt |