Əsas Səhifə > Hadisə > "Öldüyü barədə sosial şəbəkələrdə məlumat yayılmışdı"- ata İŞİD-ə qoşulan oğlundan xəbərsizdir

"Öldüyü barədə sosial şəbəkələrdə məlumat yayılmışdı"- ata İŞİD-ə qoşulan oğlundan xəbərsizdir


10-10-2018, 18:25
"Öldüyü barədə sosial şəbəkələrdə məlumat yayılmışdı"- ata İŞİD-ə qoşulan oğlundan xəbərsizdir

İŞİD-in tərkibində döyüşlərdə ittiham edilən şəxslər hakim qarşısına çıxarılıb.

Rubrika.Az Musavat.com-a istinaden xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD terror qruplaşmasının bir qolu olan "Nüsra Cəbhəsi" tərkibində Suriyada vuruşmaqda təqsirləndirilən Emin Quliyev, Asim Baxışov və Feyruz Əliverdiyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında şahidlərin dindirilməsi mərhələsi məhdudlaşırılıb.

Sədrlik edən hakim bildirib ki, müdafiə tərəfinin istəyi ilə əlavə şahidlərin məcburi gətirilməsi barədə qərarın icrası ilə bağlı Qusar Rayon Polis Şöbəsindən məktub daxil olub.

Məktubda qeyd olunub ki, məhkəmədə dindirilməsi istənilən Qusar rayon sakini Hacıverdiyev Hacıverdi Fail oğlu 2013-cü il 10 may tarixində "Şıxlı" sərhəd məntəqəsindən Gürcüstana keçərək oradan Türkiyəyə, daha sonra isə Suriyaya keçib və geri qayıtmayıb. Sonrakı mərhələdə onun barəsində hər hansı məlumat alınmayıb.

Digər şahid Firuz Şəkiyevin atası Faiz Şəkiyev polisə izahatında deyib ki, oğlu 2013-cü il martın 13-də Gürcüstan və Türkiyədən keçərək Suriyaya gedib. İyun ayında isə internetdə sosial şəbəkələrdə oğlunun öldüyü barədə məlumat yayılıb.

Məhkəmədə sənədlərin tədqiqi mərhələsinə başlanılıb.

Təqsirləndirilən Emin Quliyevin vəkili vəsatət verərək müvəkkilinin barəsində məhkəmə psixatrik ekspertizasının keçirilməsini istəyib, vəsatət təmin olunmayıb.

Hakim bildirib ki, hər üç şəxslə bağlı istintaq zamanı psixiatrik ekspertiza keçirilib və rəy verilib ki, onların psixi durumu həm cinayəti törətdikləri zaman, həm də istintaq zamanı qaydasında olub.

Müdafiəçi daha sonra şahid Cəmil Məhərov Əziz oğlunun ifadəsinin sübutlar siyahısından çıxarılmasını istəyib. Cəmil Məhərov barəsində əməliyyat tapşırığında onun 2012-ci ildə öldüyü qeyd edilsə də, daha sonra ittiham aktında onun ifadə verdiyi qeyd olunub və C.Məhərovun ifadəsinə istinad olunub.

Hakim bildirib ki, işdə həmçinin Cəmil Məhərovun qardaşı Cəbrayıl Məhərovun da ifadəsi var və hər ikisinin adına yazılan ifadənin məzmunu oxşardır. Hakim əlavə edib ki, məhkəmə bu barədə hökmdə qərar qəbul edəcək.

Məhkəmə prosesi oktyabrın 23-də davam etdiriləcək.

İttihama görə adıçəkilən şəxslər Türkiyə ərazisindən keçərək Suriyada Gücüstan vətəndaşı Sərxan Bakraşvilinin rəhbərlik etdiyi cinayətkar birliyin tərkibində odlu silah "Kalaşnikov"dan istifadə edərək orada hava limanının alınması uğrunda gedən döyüşlərdə iştirak ediblər. Daha sonra İstanbul şəhərinə gələrək oradan Azərbaycana qayıdıblar. Ölkə ərazisində olarkən həbs ediliblər.

Elan olunmuş ittihamla hər üç şəxs özlərini təqsirli bilmədiklərini deyirlər.


Rubrika.Az

Geri qayıt