Əsas Səhifə > Hadisə > “Qazprom” milyonları itirdi

“Qazprom” milyonları itirdi


10-10-2018, 20:34
“Qazprom” milyonları itirdi

“Naftoqaz Ukrainı” şirkəti Rusiyanın “Qazprom” şirkətinin qaz tranzitinə görə artıq ödədiyi vəsaitdən 9 milyon dollar tutub.

Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, bu məbləğ Stokholm arbitraj məhkəməsinin qərarı əsasında borcun bir hissəsinin ödənilməsinə yönələcək.

Bildirilir ki, ötən il məhkəmə Ukraynaya qaz nəqlinə dair sazişə əsasən qiymət yaranma formuluna yenidən baxıb, nəticədə bu, “Naftoqaz”ın xidmətlərinin qiymətinin ucuzlaşmasına gətirib çıxarıb.

Lakin “Qazprom” məhkəmənin qərarını icra etməkdən boyun qaçırır və “Naftoqaz”ın tranzitə görə istədiyi məbləğdən artıq pul ödəyir.


Rubrika.Az
Geri qayıt