Əsas Səhifə > Hadisə > Bakı şəhər Prokurorluğu: Elçin Qurbanov həbs olunmamışdan əvvəl prokurorluq orqanlarından xaric edilib

Bakı şəhər Prokurorluğu: Elçin Qurbanov həbs olunmamışdan əvvəl prokurorluq orqanlarından xaric edilib


10-10-2018, 21:39
Bakı şəhər Prokurorluğu: Elçin Qurbanov həbs olunmamışdan əvvəl prokurorluq orqanlarından xaric edilib

Bakı şəhər Prokurorluğu sabiq prokurorluq əməkdaşı Elçin Qurbanovun həbsi ilə bağlı məlumat yayıb.

Rubrika.Az xeber verir ki, Prokurorluqdan "Report"a verilən məlumatda qeyd olunur ki, Elçin Müzəffər oğlu Qurbanov 2018-ci il fevralın 21-də Bakı şəhər Prokurorluğunun Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi-dəftərxana müdiri vəzifəsindən azad edilib. Onun qanunsuz hərəkətlərə yol verməsi barədə daxil olmuş müraciətlər əsasında 09.04.2018-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən Azərbaycan Respublikası CM-nın 178.2.1 və 310-cu maddələri ilə başlanaraq istintaqın aparılması Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə həvalə edilib. Aparılmış istintaq zamanı Elçin Müzəffər oğlu Qurbanov Azərbaycan Respublikası CM-nın 310, 178.2.1, 178.2.4, 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi 2018-ci il avqustun 20-də baxılması üçün Bakı şəhəri, Xətai rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, E.Qurbanovun həbs olunması barədə xəbəri "Report" yayıb.

Rubrika.Az
Geri qayıt