Əsas Səhifə > Din > Azərbaycan İlahiyyat İnstitutu vakant vəzifələr üzrə müsabiqə elan edib - SİYAHI
Azərbaycan İlahiyyat İnstitutu vakant vəzifələr üzrə müsabiqə elan edib - SİYAHI11-10-2018, 10:06 |
![]() Azərbaycan İlahiyyat İnstitutu vakant vəzifələr üzrə müsabiqə elan edib. Rubrika.Az “Report”a istinadla xəbər verir ki, müsabiqənin keçirilmə müddəti bir aydır. Müsahibə noyabrın 8-dən dekabrın 8-dək (hər iki tarix daxil olmaqla) davam edəcək. Vakant yerlər aşağıdakılardır: “İlahiyyat” fakültəsinə dekan; “İslamşünaslıq”, “Dinşünaslıq” və “Dillər və ictimai fənlər” kafedralarına müdir; Ərəb dili müəllimi - 0,5 yer; Ərəb dili müəllimi - 1 yer; Xarici dil (ingilis dili) müəllimi - 0.5 yer; Xarici dil (ingilis dili) müəllimi - 0,5 yer; Din fəlsəfəsi müəllimi - 0,5 yer; Din fəlsəfəsi müəllimi - 0,5 yer; Din sosiologiyası müəllimi - 1 yer; Hədis, islam əxlaqı müəllimi - 0,5 yer; Kəlam müəllimi - 0,5 yer. Namizədlərin müvafiq ixtisasın profilinə uyğun peşə-ixtisas hazırlığı, elmi ad və elmi dərəcələri, ən azı, 5 il elmi-pedaqoji təcrübəsi olmalıdır. Sənədlər elan dərc olunduqdan sonra 1 ay müddətində qəbul edilir. Qeyd edək ki, namizədlərin göstəriciləri vəzifənin tələblərinə uyğun gəlmədikdə və ya ərizənin verilmə müddəti ləngidikdə sənədlərin qəbulundan imtina olunur. Rubrika.Az Geri qayıt |