Əsas Səhifə > Səhiyyə > Bakıda baş həkim avtomobillə piyadanı vurub öldürdü
Bakıda baş həkim avtomobillə piyadanı vurub öldürdü11-10-2018, 11:32 |
![]() Bakıda avtomobillə vurulan piyada xəstəxanada ölüb. Rubrika.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində baş verib. Bakı şəhəri, 9 saylı Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Yunusov Arif Əhməd oğlunun idarə etdiyi "Hyundai Sonata" markalı 90-BB-636 dövlət nömrə nişanlı avtomobillə Binəqədi-Xırdalan şossesində hərəkətdə olarkən sərxoş vəziyyətdə yolu keçmək istəyən Məmmədov Yəhya Məmməd oğlunu vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanıb. Rubrika.Az Geri qayıt |