Əsas Səhifə > Hadisə > Köçəryan və Sərkisyanın adı qarabağlı erməni biznesmenin ölümündə hallandı

Köçəryan və Sərkisyanın adı qarabağlı erməni biznesmenin ölümündə hallandı


11-10-2018, 18:17
Köçəryan və Sərkisyanın adı qarabağlı erməni biznesmenin ölümündə hallandı

Rusiya İstintaq komitəsi Qarabağ əsilli erməni biznesmeni Levon Ayrapetyanın müəmmalı ölümü ətraıfnda ikiqat təhqiqata başlayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Levon Ayrapetyan keçən il Moskva həbsxanasında ölüb.

Levon Ayrapetyanın vəkili Karen Nersesyanın Rusiyanın “Kommersant” qəzetinə verdiyi məlumata görə, ölümündən əvvəl Levon Ayrapetyan qardaşına və dostu, habelə ermənilərin “Qarabağ yeparxiyası” adlandırdığı qondarma dini qurumun rəhbəri Pargevə zəng edib və zəhərləndiyini söyləyib.

Vəkilin dediyinə görə, L.Ayrapetyan həbsxana əməkdaşları vasitəsilə verilən dərmanların qəbulundan sonra dünyasını dəyişib. Penitensiar xidmətin həkimləri isə Ayrapetyanın ürək tutmasından vəfat etdiyini bildiriblər.

Vəkil erməni biznesmenin qətlində hər kəsin, hətta qohumlarının belə maraqlı ola biləcəyini deyib: “Onun azadlığa çıxması heç kimə sərf etmirdi. Ayrapetyanın bilinən daşınar və daşınmaz əmlaklarla birlikdə 100 milyon dollardan çox pulu var. Əgər o azadlığa çıxsaydı, ailəsində olan münaqişələr üzündən bəzi qohumları varis ola bilməyəcəkdilər”.

Erməni mətbuatı Ayrapetyanın antikvariat biznesindən 800 milyon dollara yaxın pul yığdığını qeyd edir. Erməni biznesmen hələ həbsxanada olarkən onun aktivlərinin bir hissəsi xəbəri olmadan bazarda satılıbmış. Bundan başqa, Ayrapetynanın Monakoda, Moskvanın mərkəzində, Nyu-Yorkda, Parisdə zavodları, Azərbaycanın işğal olunmuş Ağdərə rayonunun Vəng kəndində fabriki olub.

Ayrapetyanın yaxın dostu Vaan Şirxanyan onun ölümünə Serj Sərkisyan və Robert Köçəryanın biganə münasibətindən şikayətlənib. Şirxanyan adı çəkilən iki prezidentin bu hadisədə iştirakı barədə izahat gözlədiklərini deyib.

Vaan Şirxanyan Levon Ayrapetyanın onu tez-tez Vəngə dəvət etdiyini, habelə bütün dünyada emərni hərbçilərindən ibarət legion qurmaq istədiyini xatırlayır.

O, Levon Ayrapetyanı həbs olunmazdan bir neçə gün öncə gördüyünü bildirib. Hava limanında Ayrapetyan ona Moskvaya Robert Köçəryanla görüşməyə getdiyini deyibmiş.

“Onu Moskvaya dəvət edən Robert Köçəryan olub. Elə həmin vaxt da hava limanında həbs edilib. İndi Köçəryan və Sərkisyan bu işdə əllərinin olub-olmadığı ilə bağlı izahat versinlər. Çünki vaxtilə onların hüzurunda hər şeyi üzlərinə deyən Ayrapetyan bu ikisinə də sərf etmirdi. Faktiki olaraq bu adam öldürülüb”, - Levon Şirxanyan qeyd edib.

Musavat.com xəbər edir ki, bu Levon Ayrapetyan deyilən biznesmen dostlarının danışdığı kimi “ağ qanadlı” mələk olmayıb.

1949-cu ildə Ağdərə rayonunun Vəng kəndində anadan olan Ayrapetyan Azərbaycan torpaqlaırnı işğalında fəallıq göstərib. Yuxarıda qeyd edildiyi kimi, Dağlıq Qarabağın işğal olunmuş ərazilərinə sərmayə qoyub. Hətta Vəng kəndində hərbi gimnaziya tikib.

Xatırladaq ki, Levon Ayrapetyan 2014-cü ilin iyulun 15-də Moskvanın Domodedovo hava limanında Fransanın Nitsa şəhərinə uçarkən həbs olunub. Ayrapetyanın Rusiyanın tərkibindəki Başqırdıstanın yanacaq-energetika kompleksinin, o cümlədən “Başneft” şirkətinin qeyri-qanuni özəlləşdirilməsinə görə həbs edildiyi bilinir. Bundan başqa, 2014-cü ilin avqustunda ona dələduzluq maddəsi ilə başqa ittiham irəli sürülüb. Belə ki, Ayrapetyan 2010-c ilin yayında Başqırdıstanın Rusiya Federasiya Şurasındakı nümayəndəsi İqor İzmetyevin anası Tatyanadan həbsdə olan oğlunun azad etdirəcəyi vədi ilə ondan 700 min dollar pul alıb, lakin işi həll etməyib. Məhkəmə Ayrapetyanı həmin pulları geri qaytarmağa məcbur edib.


Rubrika.Az
Geri qayıt