Əsas Səhifə > Hadisə > Ərdoğan: "Bu vəziyyətdə Türkiyə susa bilməz"

Ərdoğan: "Bu vəziyyətdə Türkiyə susa bilməz"


11-10-2018, 19:48
Ərdoğan: "Bu vəziyyətdə Türkiyə susa bilməz"

Macarıstana səfərini başa vuran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərə açıqlama verib.

Rubrika.Az Oxu.Az -a istinadla xəbər verir ki, Ərdoğan mətbuat konfrası zamanı əsas diqqəti səudiyyəli müxalif jurnalist Camal Kaşıkçının itkin düşməsinə çəkib.

“Biz bu məsələni araşdırırıq. Bu vəziyyətdə Türkiyə susa bilməz”, - dövlət başçısı deyib.

O, Səudiyyə tərəfində kamera qeydlərinin olmaması ilə bağlı açıqlamaya şübhə ilə yanaşdığını bildirib.

“Təsəvvür edə bilərsiniz ki, orada kameralar yoxdur?”, - o soruşub.

Xatırladaq ki, oktyabrın 2-də müxalif jurnalist Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna girdikdən sonra yoxa çıxıb.

Rubrika.Az
Geri qayıt