Əsas Səhifə > Hadisə > Tramp keşiş Bransonun azadlığa buraxılmasından danışdı
Tramp keşiş Bransonun azadlığa buraxılmasından danışdı12-10-2018, 20:06 |
|
ABŞ prezidenti Donald Tramp azadlığa çıxan pastor Endryu Bransonun tezliklə evinə qayıdacağına ümidvar olduğunu bəyan edib. Oxu.Az “Anadolu”ya istinadən xəbər verir ki, Tramp pastorun ABŞ-a qayıtması üçün səylərini əsirgəmədiyini bildirib. “Fikirlərim və dualarım pastor Bransonladır. Ümid edirəm ki, o, tezliklə evinə qayıdacaq”, - deyə ABŞ prezidenti vurğulayıb. Qeyd edək ki, bu gün Türkiyə məhkəməsinin qərarı ilə E. Branson məhkəmə zalından azadlığa buraxılıb. Rubrika.Az Geri qayıt |