Əsas Səhifə > Hadisə > London rusiyalı diplomatları ölkəyə buraxmır
London rusiyalı diplomatları ölkəyə buraxmır12-10-2018, 20:32 |
|
Britaniya rusiyalı diplomatlara viza verməkdən imtina edir. Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın Londondakı səfiri Aleksandr Yakovenko deyib. “Hələlik Britaniya hökuməti tərəfindən qeyri-konstruktiv mövqe görürük. Bu mövqe üzündən səfirliyimizin fəaliyyəti çətinləşib”, - deyə o vurğulayıb. Diplomat bildirib ki, hazırda səfirlikdə 10-dək əməkdaş qalıb. O hesab edir ki, bu cür durumun yaranması Britaniya hökumətinin məqsədyönlü siyasətinin nəticəsidir. Qeyd edək ki, mart ayında Britaniya hökumətinin tələbi ilə rusiyalı diplomatların bir hissəsi ölkədən çıxarılıb. Rubrika.Az Geri qayıt |