Əsas Səhifə > Hadisə > Azərbaycanın dövlət strukturlarına haker hücumları edilib
Azərbaycanın dövlət strukturlarına haker hücumları edilib12-10-2018, 22:23 |
|
“MuddyWater” haker qruplaşması Azərbaycanın dövlət qurumlarına məqsədyönlü hücumlar edib. Rubrika.Az Trend-e istinaden məlumatına görə, bu barədə “Kasperski Laboratoriyası”nın məqsədyönlü hücumlar haqqında icmalında deyilir. İcmalda Azərbaycan Daxili İşlər Nazirliyinə hücum üçün yaradılmış fişinq sənədinin nümunəsi göstərilib. “MuddyWater” haker qruplaşması 2017-ci ildə meydana çıxıb və əvvəlcə Səudiyyə Ərəbistanı ilə İranın hökumət obyektlərini hədəf alıb. Daha sonra onlara Azərbaycan, Türkiyə, Pakistan, İordaniya, Yaxın Şərq, Avropa ölkələri və ABŞ-ın dövlət strukturlarına yönəlib. Hakerlərin hücumu 2018-ci ilin mayından daha aktivləşib, hücumlar indi də davam edir. Rubrika.Az Geri qayıt |