Əsas Səhifə > Hadisə > Nemət Pənahlı həbs olundu
Nemət Pənahlı həbs olundu14-10-2018, 20:11 |
|
Milli azadlıq hərəkatının tanınmış ismi Nemət Pənahlı həbs olunub. Rubrika.Az Qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə jurnalist Əvəz Zeynallı sosial şəbəkə hesabında məlumat yayıb. Ona 30 sutka həbs cəzası verilib: "Dünən günorta saat 12.00-dan Nemət Pənahlıdan xəbər alınmayıb. Ailəsi yalnız saat 20.00-dan hadisənin fərqində olub və axtarışlara başlayıb. Bu saatlara qədər Nemət Pənahlıdan xəbər alınmayıb. Yalnız 102-yə müraciət edəndən sonra Nəsimi RPİ-nin 21-ci polis bölməsinin növbətçi əməkdaşı Ramin Salmanov zəng edərək Nemət Pənahlının Nəsimi rayon məhkəməsinin qərarı ilə 30 sutkalıq həbs olundiğunu və Binəqədi müvəqqəti təcridxanasına göndərildiyini deyib. Nemət Pənahlı İXM-nin 535-ci maddəsinə (Maddə 535. Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) görə həbs olunub". Rubrika.Az Geri qayıt |