Əsas Səhifə > Hadisə > ATƏT AZƏRBAYCAN-ERMƏNİSTAN DÖVLƏT SƏRHƏDİNDƏ MONİTORİNQ KEÇİRƏCƏK

ATƏT AZƏRBAYCAN-ERMƏNİSTAN DÖVLƏT SƏRHƏDİNDƏ MONİTORİNQ KEÇİRƏCƏK


15-10-2018, 10:37
ATƏT AZƏRBAYCAN-ERMƏNİSTAN DÖVLƏT SƏRHƏDİNDƏ MONİTORİNQ KEÇİRƏCƏK

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 16-da Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirəcəklər.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Oqnyen Yoviç keçirəcəklər.

Rubrika.Az
Geri qayıt