Əsas Səhifə > Hadisə > ABŞ İranla yeni sazişin şərtlərini açıqladı
ABŞ İranla yeni sazişin şərtlərini açıqladı15-10-2018, 20:24 |
|
Vaşinqtonun İranla bağlamaq istədiyi müqavilədə bütün narahatlıqlar nəzərə alınmalıdır. Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk deyib: “İranla yeni müqavilənin bağlanması müqabilində çox şeylərə hazırıq. Bu müqavilə Vaşinqtonun bütün narahatlıqlarını, o cümlədən Tehranın raket proqramı ilə bağlı məsələləri nəzərə almalıdır”. O qeyd edib ki, İranın raket proqramı təhlükəsi Yəmən, İraq və Suriyada getdikcə daha da artır: “Əgər İranın Yaxın Şərqdə təsirinin qarşısının alınması üçün daha çox iş görməsək, regional münaqişə riski ilə üzləşəcəyik”. Rubrika.Az Geri qayıt |