Əsas Səhifə > Hadisə > Gürcüstanda külli miqdarda saxta dollar satan Azərbaycan vətəndaşı saxlanılıb
Gürcüstanda külli miqdarda saxta dollar satan Azərbaycan vətəndaşı saxlanılıb15-10-2018, 21:12 |
![]() Gürcüstanda külli miqdarda saxta 100 dollarlıq əskinaslar satan Azərbaycan vətəndaşı saxlanılıb. Rubrika.Az “Report”un Gürcüstan bürosu-na istinaden xəbər verir ki, bu barədə qonşu ölkənin Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşından 617 ədəd saxta 100 dollarlıq əskinaslar (61 700 dollar) müsadirə olunub. Faktla bağlı istintaq davam etdirilir. Azərbaycan vətəndaşını 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Rubrika.Az Geri qayıt |