Əsas Səhifə > Hadisə > Azərbaycan nefti ucuzlaşır
Azərbaycan nefti ucuzlaşır15-10-2018, 23:16 |
![]() CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 12-də 82 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamı gününə olan göstəricidən 0,45 dollar/barel azdır. Rubrika.Az xeber verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 12-də 81,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,44 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 12-də 78,54 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,11 dollar/barel azdır. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 12-də 80,86 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,43 dollar/barel azdır. Rubrika.Az Geri qayıt |