Əsas Səhifə > Hadisə > KTMT-nin iclası Yerevandan Moskvaya keçirildi

KTMT-nin iclası Yerevandan Moskvaya keçirildi


16-10-2018, 10:20
KTMT-nin iclası Yerevandan Moskvaya keçirildi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Parlament Assambleyasının Yerevanda keçirilməsi planlaşdırılan iclası Moskvada olacaq.

Rubrika.Az Oxu.Az-a istinadla xəbər verir ki, bu fikirləri jurnalistlərə Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov deyib.

İclas oktyabrın sonunda keçiriləcək. Onun sözlərinə görə, qərar Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlıdır. Oktyabrın sonunda hazırkı parlament buraxılacaq.

“Ermənistanda parlament yeni seçkilərədək səlahiyyətlərini yerinə yetirməyə davam edəcək. Ancaq vəziyyət belə davam etsə, biz kiminlə danışaraq assambleyanı keçirəcəyik? Vəzifələrini müvəqqəti icra edən deputatlarla? Bu, məntiqsizdir və doğru deyil”, - Kalaşnikov bildirib.

Rubrika.az
Geri qayıt