Əsas Səhifə > Hadisə > Tanınmış şirkətin 300 min manatını mənimsəyən satış meneceri məhkəmə zalından azadlığa buraxılıb
Tanınmış şirkətin 300 min manatını mənimsəyən satış meneceri məhkəmə zalından azadlığa buraxılıb16-10-2018, 11:23 |
|
Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Ramil Səmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Rubrika.Az-ın "Report"a istinadən xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. R.Səmədov məhkəmə zalından azadlığa buraxılıb. İttiham aktına əsasən, R.Səmədov "Kartaş" MMC-də satış meneceri işləyən zaman şirkətin külli miqdarda pulunu mənimsəyib. Belə ki, o, şirkətdə çalışdığı dövürdə 300 min manatdan artıq pulu mənimsəmə yolu ilə ələ keçirib. MMC-nin hüquq-mühafizə orqanları əməkdaşlarına şikayəti əsasənda saxlanılan R.Aəmədov barəsində həbs qətimkan tədbiri seçilib. O, "Kartaş" MMC-yə dəymiş ziyanı ödəyib və şirkətlə barışıq əldə edib. Rubrika.Az Geri qayıt |