Əsas Səhifə > Hadisə > Həbsdə olan generalın bacanağı hakim qarşısına çıxarılacaq: dələduzluq, rüşvət vermə...

Həbsdə olan generalın bacanağı hakim qarşısına çıxarılacaq: dələduzluq, rüşvət vermə...


16-10-2018, 18:48
Həbsdə olan generalın bacanağı hakim qarşısına çıxarılacaq: dələduzluq, rüşvət vermə...

Hazırda həbsdə olan keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovun qohumu hakim qarşısına çıxarılır.

Rubrika.Az Musavat.com-a istinaden xəbər verir ki, generalın bacanağı Müsənnif Talıbov Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunacaq.

Müsənnif Talıbov Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) və 178-ci (dələduzluq) maddələri ilə ittiham edilir.

Məlumata görə, o, qonşusuna qarşı dələduzluq edib. Belə ki, Talıbov qonşusuna həbsdə olan atasını azad edəcəyi deyib. Daha sonra isə onun torpaq sahəsinə sənəd əldə edəcəyi vədini verib.

İttihama görə, M.Talıbov bu işlərin qarşılığında həmin şəxsdən ümumilikdə 30 min manat pul alıb.

Səhhətində problem olan M.Talıbovun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib və o, azadlıqdadır.

Məhkəmənin hazırlıq iclası baş tutmayıb. Buna səbəb təqsirləndirilən şəxsin məhkəməyə gəlməməsi olub.

Talıbovun vəkili deyib ki, müvəkkilinin səhhətində problem olduğu üçün məhkəməyə gələ bilməyib.

Xatırladaq ki, Sübahir Qurbanov "MTN işi" çərçivəsində həbs edilib. O, 14 il müddətinə azadlıqdan məhrum edilib.

Rubrika.Az
Geri qayıt