Əsas Səhifə > Hadisə > Tramp daha bir ölkəyə xəbərdarlıq etdi
Tramp daha bir ölkəyə xəbərdarlıq etdi16-10-2018, 21:14 |
|
ABŞ prezidenti Donald Tramp Hondurasa xəbərdarlıq edib. Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, o özünün “ Twitter” səhifəsində yazıb ki, qanunsuz miqrantlar problemi üzündən Vaşinqton Hondurasa maliyyə yardımını dayandıra bilər. “ABŞ Honduras prezidentinə qətiyyətlə bildirir ki, əgər ABŞ-a doğru hərəkət edən insan karvanı dayanmasa və geri qaytarılmasa, dərhal Hondurası maliyyə və digər yardımından məhrum edəcəyik”, - deyə o vurğulayıb. Qeyd edək ki, oktyabrın 15-də 3 min miqrant Honduras-Qvatemala sərhədini keçərək Meksikaya doğru istiqamət alıb. Güman olunur ki, onların son məqsədi ABŞ sərhədini keçməkdir. Rubrika.Az Geri qayıt |