Əsas Səhifə > Hadisə > Ölkənin qızıl-gümüş bazarında qiymətlər qalxır

Ölkənin qızıl-gümüş bazarında qiymətlər qalxır


16-10-2018, 23:11
Ölkənin qızıl-gümüş bazarında qiymətlər qalxır

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Rubrika.Az trend-ə istinadən xəbər verir ki, oktyabrın 16-da qızılın qiyməti oktyabrın 15-i ilə müqayisədə 6,5875 manat artaraq 1 unsiya üçün 2084,217 manat təşkil edib.

Gümüş 0,0557 manat bahalaşaraq 1 unsiya üçün 24,94 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 0,6205 manat artaraq 1431,451 manat, palladiumun qiyməti isə 22,729 manat artaraq 1845,0525 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.


Rubrika.Az
Geri qayıt