Əsas Səhifə > Hadisə > Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb
Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb17-10-2018, 10:53 |
![]() 2018-ci il oktyabr ayının 16-dan 17-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. RUBRIKA.AZ Daxili İşlər Nazirliyindən göndərilən məlumatı təqdim edir: - Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 101 cinayət faktı qeydə alınmış, onların da 15-i “isti izlər”lə açılmışdır. - Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunmuşdur. - Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər xəsarət almışdır. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilmişdir. - Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılmışdır. Rubrika.Az Geri qayıt |