Əsas Səhifə > Hadisə > AMEA işçilərinin maaşları artırıldı
AMEA işçilərinin maaşları artırıldı17-10-2018, 18:22 |
|
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşlarının artırılması haqqında sərəncam imzalayıb. Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, sərəncama əsasən, 2018-ci il noyabrın 1-dən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin aylıq rütbə maaşları 2000 manat və müxbir üzvlərinin aylıq rütbə maaşları 1200 manat məbləğində müəyyən edilib. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Rubrika.Az Geri qayıt |