Əsas Səhifə > Hadisə > Tramp pornoulduza “atsifət” dedi

Tramp pornoulduza “atsifət” dedi


17-10-2018, 19:55
Tramp pornoulduza “atsifət” dedi

ABŞ prezidenti Donald Tramp vaxtilə intim münasibətlərdə olduğu iddia edilən pornoulduz Stormi Danielsi özünün növbəti tvitlərindən birində yenidən “xatırlayıb”.

Qeyd olunur ki, Stormi Daniles Trampın vaxtilə onu sosial şəbəkələrdə təhqir etdiyi iddiası ilə məhkəməyə müraciət etmişdi. Lakin məhkəmə Trampın ifadələrini söz azadlığı olaraq dəyərləndirərək iddianı rədd edib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Donald Tramp bunu fürsət bilərək pornoulduzla tvitter üzərindən məzələnməyi unutmayıb. “Əla, indi atsifətlinin və üçüncü sinif vəkilin izindən gedə bilrəm”,- deyə yazan Tramp sevincini gizlədə bilməyib.

Tramp pornoulduza “atsifət” dedi

Xatıdladaq ki, Stormi Danielslə ABŞ prezidentnin əsl davası vaxtilə president seçkilərindən qabaq göstərdiyi intim xidmətə və daha sonra bu barədə susması üçün tərəflərin anlaşması ilə bağlıdır.

Danielsin iddiasına görə, Tramp bu sazişə riayət etməyib, əksinə, onu müxtəlif şəxslər vasitəsilə hədələyib.

ABŞ siyasi ekspertləri isə prezidenti pornoulduzla polemikaya girmək səviyyəsinə endiyinə görə sərt şəkildə tənqid edirlər.

Rubrika.az

Geri qayıt