Əsas Səhifə > Hadisə > Badamdar sürüşmə zonasındakı son vəziyyət haqda açıqlama... - YENİLƏNİB

Badamdar sürüşmə zonasındakı son vəziyyət haqda açıqlama... - YENİLƏNİB


17-10-2018, 21:47
Badamdar sürüşmə zonasındakı son vəziyyət haqda açıqlama... - YENİLƏNİB

Badamdardakı sürüşmə zonasında monitorinqlər davam etdirilir.

Rubrika.Az xeber verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan virtualaz.org-a verilən məlumata görə, saat 18:00-a olan monitorinq və müşahidələrin nəticələrinə əsasən ərazidə gərginlik davam edir.

Gün ərzində yağan yağış sürüşmə sahəsində uçqun və töküntü proseslərinin dinamikasında artıma səbəb olub. Sürüşmə sahəsinin sağ və sol hissələrində çatların genişlənməsi və irəliləməsi qeydə alınıb.

**

15:54

Səbail rayonu, Badamdar qəsəbəsindəki sürüşmə ərazisində gərginlik qalmaqdadır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan virtualaz.org-a bildiriblər ki, sürüşmə zonasında saat 15:00-a olan monitorinqin nəticəsinə əsasən torpaq qatı uçmaq üzrədir.

“Sürüşmə sahəsində asılı vəziyyətdə qalan tikilinin altındakı torpaq qatı artıq uçqun vəziyyətindədir. Tikilinin hərəkət etmə ehtimalı var. Ərazidə müşahidə olunan xırda çatların ölçüləri nəzərəçarpacaq dərəcədə artıb”, - qərargahın məlumatında qeyd olunur.


Rubrika.Az
Geri qayıt