Əsas Səhifə > Təhsil, Manşet > Azərbaycan təhsilinə Məhəbbətlə…- Onun amalı Azərbaycana, xalqımıza məhəbbətdir

Azərbaycan təhsilinə Məhəbbətlə…- Onun amalı Azərbaycana, xalqımıza məhəbbətdir


18-10-2018, 11:23
Azərbaycan təhsilinə Məhəbbətlə…- Onun amalı Azərbaycana, xalqımıza  məhəbbətdir

Bakı Şəhəri üzrə Təhsil İdarəsində iş vaxtı yoxdur…

Son dövrlərdə Azərbaycan təhsilində baş verən müsbət dəyişikliklər, aparılan islahatlar bütün cəmiyyətdə xoş təəssüratlar yaradır. Ulu Öndərin millətin gələcəyi adlandırdığı bu sistemin yenidən qurulması, dəyişən dünyanın müasir tələblərinə cavab verməsi üçün görülən işlər artıq öz bəhrələrini verməkdədir. Bütün bu işlərin arxasında isə gərgin əmək, təşəbbüskarlıq və əzmkar mübarizə dayanır.
Təhsil Nazirliyində aparılan son kadr dəyişikliklərindən sonra burada çevik, operativ işləyən, saat mexanizmi kimi dəqiq fəaliyyət göstərən bir komanda formalaşıb. Ceyhun Bayramovun mükəmməl idarəçilik qabiliyyəti nazirlikdə tamamilə yeni ab-hava yaradıb.
Uzun illər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, müdiri işləmiş Məhəbbət xanım Vəliyeva bu gün daha məsuliyyətli bir vəzifəni yerinə yetirir. Təhsil nazirinin müavini kimi çiyinlərini daha ağır yükün altına verərək üzərinə düşən vəzifəni şərəflə həyata keçirir.
Yeni dərs ilinin başlandığı ərəfədə onun rəhbərliyi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi əsl komanda qərargahına çevrilmişdi desək yanılmarıq. Məktəbəqədər hazırlıq qruplarının, birinci siniflərin qeydiyyatı, eləcə də digər məsələlərin öz həllini tapması üçün fasiləsiz iş aparılırdı. Bakı Şəhəri üzrə Təhsil İdarəsində iş vaxtı yoxdur desək yanılmarıq, çünki lazım olduqda sutkanın istənilən vaxtı burada iş davam etdirilir. Məhəbbət xanım hər bir işin hər bütün detallarına qədər məsuliyyətlə görülməsinə xüsusi nəzarət edir…. Azərbaycanda dərin islahatların həyata keçirildiyi, xüsusilə təhsil sahəsində aparılan yeniliklərin mühüm keyfiyyət mərhələsinə qədəm qoyduğu bir dövrdə Məhəbbət xanım qarşıya qoyulan hədəflərə çatmaq üçün yorulmadan çalışır. Çünki, onun üçün xalqa, dövlətə xidmət alın yazısı, həyat amalıdır. Görülən işlər və qarşıya qoyulan strateji hədəflər Azərbaycan təhsilinin parlaq gələcəyindən xəbəb verir. Bu isə onu deməyə əsas verir ki, təhsil sahəsində əsası Ümummilli liderimiz tərəfindən qoyulmuş islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə uğurla davam etdirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə və nəhayət etibarilə, Azərbaycan dövlətinin sürətli inkişafında əsaslı baza rolunu oynayır.
Tarix o şəxsləri yaddaşında saxlayır ki, onlar xalqın, dövlətin taleyüklü problemlərini özününkü bilir, ömrünü mübarizələrdə keçirir. Biz Məhəbbət xanımı hər zaman mübarizənin, mücadilənin ön sıralarında görmüşük. Çünki onun amalı Azərbaycana, xalqımıza məhəbbətdir !

Nicat Mahmudov
Rubrika.Az

Geri qayıt