Əsas Səhifə > Hadisə > Bakıda 44 yaşlı Kürdəmir sakinini qatar vurub öldürdü

Bakıda 44 yaşlı Kürdəmir sakinini qatar vurub öldürdü


18-10-2018, 11:50
Bakıda 44 yaşlı Kürdəmir sakinini qatar vurub öldürdü

Bakıda Kürdəmir rayon sakinini qatar vurub öldürüb.

Rubrika.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Biləcəri-Keşlə mənzilinin 2649-cu kilometrliyində baş verib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin 3502 saylı yük qatarının qoşulduğu elektrovoz Kürdəmir rayon sakini, 1974-cü il təvəllüdlü Abdullayev Əlisahib Rafiq oğlunu vurub. Nəticədə Ə.Abdullayevin iki ayağının diz nayihəsi qopub.

Rubrika.Az

Geri qayıt