Əsas Səhifə > Hadisə > Gədəbəydə ata və anasını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Gədəbəydə ata və anasını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib


18-10-2018, 12:38
Gədəbəydə ata və anasını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Gədəbəy rayonunda ata və anasını öldürməkdə təqsirləndirilən Şöhrət Məsimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Rubrika.Az-ın "Report"a istinadən xəbərinə görə, Gədəbəy Rayon Prokurorluğunda araşdırılan ibtidai istintaq yekunlaşdırılaraq Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclası oktyabrın 24-nə təyin edilib.

Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.

Qeyd edək ki, qətl hadisəsi bu ilin sentyabr ayının 21-də Gədəbəy rayonunun Qurudərə kəndində baş verib.

Rubrika.Az
Geri qayıt