Əsas Səhifə > Hadisə > Akif Çovdarovun cinayət işində zərərçəkmiş şirkət rəhbərinin həbs müddəti artırılıb
Akif Çovdarovun cinayət işində zərərçəkmiş şirkət rəhbərinin həbs müddəti artırılıb18-10-2018, 16:48 |
![]() Binəqədi Rayon Məhkəməsində “Yeni Yasamal” Mənzil-Tikinti Kooperativinin sədri Cahangir Alışov və onun səlahiyyətli nümayəndəsi-hüquqşünas Habil Fətəliyevin həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. Rubrika.Az-ın "Report"a istinadən xəbərinə görə, hakim Abbas Rzayevun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, istintaq orqanın təqdimatı təmin edilib. Hər iki şəxsin həbs müddəti daha 3 ay uzadılıb. Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, istintaq zamanı “Yeni Yasamal” MTK-nın sədri Cahangir Alışovun səlahiyyətli nümayəndəsi-hüquqşünas kimi fəaliyyət göstərməklə faktiki olaraq mənzillərin satışını həyata keçirən Habil Fətəliyev və qeyriləri ilə əlbir olub cinayət əlaqəsinə girərək qulluq mövqeyindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə paytaxtın Yasamal rayonunda inşa olunan binadan dəyəri ödənilmiş 33 mənzili yenidən 37 nəfərə sataraq 1 milyon 644 min manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib. Xatırladaq ki, C.Alışov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə C.Alışovun zərərçəkmiş kimi tanınmasına xitam verilib. Rubrika.Az Geri qayıt |