Əsas Səhifə > Hadisə > Bakıda satıcının pulu və qızılları belə oğurlandı - Video
Bakıda satıcının pulu və qızılları belə oğurlandı - Video18-10-2018, 22:38 |
![]() Bakıda böyük ticarət mərkəzlərinin birində baş verən oğurluq anı kameralara düşüb. Oğlu və qızı ilə mağazaya alış-verişə gələn qadın, satıcının qızıllarını və pulunu oğurlayıb. Zərərçəkən Gülnar Ağamalıyevanın sözlərinə görə, portmanatın içərisində əziyyətlə topladığı pul və qızıl-zinət əşyaları olub. Məsələ ilə bağlı ticarət mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim Xəzər Xəbər-ə bildirdi ki, məsələdən xəbərdardılar. Oğurluq görüntüləri atıq polisə təqdim edilib. Hazırda Qaradağ rayon Polis İdarəsinin əməkdaşları şübhəlinin axtarışlarını davam etdirirlər. Rubrika.Az Geri qayıt |